Kustar üsulla hazırlanmış heroin daşıyan şəxs saxlanıldı

kustar-usulla-hazirlanmis-heroin-dasiyan-sexs-saxlanildi
Oxunma sayı: 1516

İsmayıllı rayonunda narkotik daşıyıcısı tutulub.

“Qafqazinfo” xəbər verir ki, İsmayıllı RPŞ-nin NMQ əməkdaşları tərəfindən rayonun Quşencə kəndində yaşayan Qarayev Coşqun Qalib oğlu saxlanılıb. Onun üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 0,211 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb, C.Qarayev şübhəli şəxs qismində tutulub.