“Qafqazinfo” xəbər verir ki, Eduard Ömərov ASK-nın prezidenti Məmməd Musayevlə görüşərək, müəllifi olduğu “Kustarlar və rokfellerlər” kitabını konfederasiyanın rəhbərinə təqdim edib.
M.Musayev müəllifə gələcək fəaliyyətində yaradıcılıq uğurları arzu edib və qeyd edib ki, bu kitab gələcəkdə sahibkarların stolüstü kitabına çevriləcəkdir.
Sonra “Kustarlar və rokfellerlər” kitabı ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, tədbirdə konfederasiyanın üzvü olan iş adamları və ASK-nın əməkdaşları iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər