Küsülü müğənnilər belə barışdı - Video

kusulu-mugenniler-bele-barisdi
Oxunma sayı: 4384

Şou-biznesdə daha bir barışıq baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bir müddətdir küsülü olan müğənnilər – Natavan Həbibi ilə Kərim Abbasov barışıb.

Sənətçilərin barışıq videosu sosial şəbəkədə paylaşılıb.

Xatırladaq ki, K. Abbasov “ATV maqazin onlarla” verilişində Natavanın ondan Aygün Kazımovanın ad gününə getdiyi üçün küsdüyünü, Həbibinin qəlbiqara biri olduğunu demişdi. 

Həbibi isə eyni proqramda Aygünün onun acığına Kərimlə yaxınlaşdığını demiş, həmkarı barədə sərt açıqlamalar vermişdi.