Küsülülük bitdi, illər sonra bir araya gəldilər - Video

kusululuk-bitdi-iller-sonra-bir-araya-geldiler
Oxunma sayı: 8043

Uzun illər küsülü olan “W-Trio” qrupunun eks-üzvlərini Xalq artisti Röya Ayxan bir araya gətirib.

“Qafqazinfo” xəbər verir ki, o, müğənnilər Natəvan Həbibi, Səidə Sultanı bağ evinə dəvət edib.

“İllər keçsə də, nə qədər didişsək də, doğmalıq keçmir”, - görüşdən foto paylaşan S. Sultan yazıb.

Qeyd edək ki, 1999-2006-cı illərdə fəaliyyət göstərən qrupda, həmçinin müğənnilər Xuraman Şuşalı və Elnarə Xəlilova çıxış ediblər. Qrup “Ay ləli yar” mahnısı ilə məşhurlaşıb. Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev, Brilliant Dadaşova kimi ulduzların mahnılarında bek-vokal oxuyublar. Qrup üzvləri arasında uzun illər küsülülük olub. 

Sonuncu mübahisəyə isə Röyanın geyimi səbəb olub. Səidə fotosessiyalardan birində Röyanın onu təkrarladığını vurğulayıb. “Hər şey o geyimdən başladı. Sən Xalq artistisən, mən də “sultan”am. Heç dəxli var? Mənim adım çəkiləndə özlərini qəribə aparırlar. Birdən üzüklərinin qaşı düşər”, - deyə Səidə bildirib.

N.Həbibi açıqlamalarından birində Röyanı onun həyatını məhv etməkdə günahlandırmışdı. Röya isə ifaçını “bədbəxt” adlandırmışdı. Daha sonra isə Natavan Röyanın klipdə onun görünüşünü təkrarladığını demişdi. İfaçılar Səidənin bir neçə gün əvvəl baş tutan toyunda bir araya gəlib.