“Aramızda anlaşılmazlıq var. O gün böyük bir tədbirdə idik, dostlar dedilər ki, bunları barışdıraq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov küsülü olduğu həmkarı, əməkdar artist Abbas Bağırovdan danışarkən deyib.
O, “3 Canlı” verilişində Abbasla uşaqlıq dostu olduğunu, daha sonra münasibətlərinin korlandığını söyləyib:
“Biz uşaq deyilik. Mən onunla uzun illərdən bəri dostluq etmişəm. Mən onlarda, o da bizdə olub, bir çörək kəsmişik. Münasibətimizin soyuq olmağı bizə rahatdır. Biz barışsaq, yenə nəsə olacaq, küsəcəyik. Mən Abbas haqqında pis danışa bilmərəm. Bizə belə rahatdır, belə də qalsın”.
.jpg)
Son xəbərlər
Son Xəbərlər