Bir neçə saat əvvəl güclü yağış səbəbindən fəaliyyətini dayandıran Kutaisi Beynəlxalq Aeroportu hazırda reysləri qəbul edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə aeroport məlumat yayıb.
Bildirilib ki, hava limanı planlaşdırılmış vaxtdan 3 saat tez açılıb.
Xatırladaq ki, Kutaisi şəhərinin (İmereti regionu) aeroportu bazar ertəsi axşam güclü yağış səbəbindən bağlanmışdı. Reyslərin bir qismi Tbilisi Beynəlxalq Aeroportunda yönləndirilmişdi.
Son xəbərlər
Son Xəbərlər