“Kütləvi çıxarış” kampaniyası Ağcabədidə

kutlevi-cixaris-kampaniyasi-agcabedide
Oxunma sayı: 1003

Əmlak Məsələləri Dövlət Komitəsinin bir başa sakinlərin ünvanlarında mobil ofis xidmətləri vasitəsi ilə göstərilən “Kütləvi çıxarış” kampaniyası Ağcabədi rayonunda keçirilib.

Qafqazinfo” xəbər verir ki, keçirilən kampaniya nəticəsində rayonun müxtəlif kəndlərindən olan 150-ə yaxın sakinə onların ünvanlarda qeydiyyat xidmətləri göstərilib. Belə ki, 100 rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Kampaniya çərçivəsində mobil ofislərə müraciət edən 50 kənd sakinlərindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib.

Göstərilən qeydiyyat xidmətlərində rahatlığının və əlçatanlığın daha da artırılması məqsədi ilə kampaniya zamanı müraciət edən sakinlərin operativ qaydada daşınmaz əmlaklarının texniki parametrlərinin müəyyən edilməsi və texniki pasportların verilməsi məqsədi ilə mühəndis və çöl-ölçmə işlərinin aparılması da təşkil edilib.

Kampaniya çərçivəsində daşınmaz əmlaklarına çıxarış almaq üçün müraciət edən, lakin ilkin sənədləri qaydasında olmayan və çatışmazlıqlar olan bir qrup kənd sakininə hüquqi yardım xidmətləri də göstərilib. Sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qaydaya salınması və çatışmayan sənədlərin müvafiq icra hakimiyyəti orqanlarından alınması ilə bağlı hüquqi məsləhətlər verilib.