Kütləvi davaya qarışan türkiyəli aktyor saxlanıldı - Video

kutlevi-davaya-qarisan-turkiyeli-aktyor-saxlanildi
Oxunma sayı: 3126

Aktyor Mustafa Üstündağ Bodrumda 27 il sonra keçirilən Türkiyə Avtomobil İdmanları Federasiyasının (TOSFED) Ralli Kubokunda təşkil edilən mərasimdə yaranan qarşıdurmada saxlanılıb. Belə ki, Üstündağ və 5 dostu kubok oyununda qəza keçirən ralli barədə ədalətli qərar verilmədiyini iddia edib və Federasiya rəsmiləri ilə dava edib. 

“Qafqazinfo” xəbər verir ki, Federasiya rəsmilərindən 3 nəfər döyülüb, H.K. adlı şəxs tapança ilə H.G.-yə sağ dizindən xəsarət yetirib. Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb edilib.

M. Üstündağ da daxil olmaqla davaya qarışan 6 nəfər nəzarətə götürülüb. Bundan əlavə, insident zamanı istifadə edilən 7.65 mm diametrli bir tapança da ələ keçirilib.