Küveyt əmiri hökumətin istefasını qəbul etdi

kuveyt-emiri-hokumetin-istefasini-qebul-etdi
Oxunma sayı: 923

Küveyt əmiri Sabah Əl Əhməd Əl Caber Əs Sabah hökumətin istefasını qəbul edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Baş Nazir Caber əl-Mübarəkin rəhbərliyi ilə Nazirlər Kabineti bu gün istefaya getdiklərini açıqlayıblar. Sabah Əl Əhməd Nazirlər Kabinetindən yeni hökumət qurulanadək vəzifələrinin icrası barədə göstəriş verib.

Qeyd edək ki, Nazirlər Kabineti hökumətin işinin yenidən qurulması üçün istefa verib.