Küveyt əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Milli Assambleyanın buraxıldığını və konstitusiyanın bəzi maddələrinin fəaliyyətinin dayandırıldığını elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Arab News” məlumat yayıb.
Bildirilib ki, Milli Məclisin səlahiyyətlərini müvəqqəti olaraq əmir və nazirlər kabineti öz üzərinə götürəcək.