Küveyt hökumətinin istefası qəbul edildi

kuveyt-hokumetinin-istefasi-qebul-edildi
Oxunma sayı: 1649

Küveytdə parlamentlə davam edən böhran səbəbindən yanvarın 23-də istefa verən hökumətin qərarı qəbul edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Küveytin vəliəhd şahzadəsi Meşəl əl-Əhməd əl-Cabir əs-Sabah fərman verib.

Fərmanda istefası qəbul edilən hökumətin müvəqqəti hökumət kimi fəaliyyətini davam etdirəcəyi qeyd edilib.

Bildirilib ki, fərman dərc edildiyi gündən qüvvəyə minib.

Qeyd edək ki, ölkədə qanunvericilik və icra hakimiyyəti orqanları arasında böhran yanvarın 10-dan başlayıb. Hökumət üzvləri “Vətəndaşların kredit borcunun azaldılması haqqında” qanun layihəsini rədd edərək, Məclisin iclasından çıxıblar.