“Küveyt maliyyə probleminə görə Azərbaycana gəlmədi”

kuveyt-maliyye-problemine-gore-azerbaycana-gelmedi
Oxunma sayı: 744

Bu gün mayın 3-də start götürəcək “Tour d`Azerbaijan-2017” beynəlxalq velosiped turu ilə əlaqədar Respublika Velotrekində mətbuat konfransı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə veloturun vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov jurnalistlərin suallarını cavablandırıb:

- Bu, artıq 5-ci yarışdı. Bundan əvvəl də 2012-ci ildə Beynəlxalq yarış keçirmişdik. Bu yarış Belnəlxalq aləmdə ölkəmizi uğurla tanıdır. Bu il də əvvəlki kimi mərhələlərin sayı 5-dir. Amma 4-cü mərhələdə dəyişiklik edilib. Ağsu aşırımları təmir olunduğu üçün ora da yarışa daxil edilib. Bu yarışın İslam Oyunları ərəfəsində keçirilməsi də çox gözəldi. Eurosport kanalı vasitəsilə "Tour d`Azerbaijan”ın reklam çarxı nümayiş olunur. Yarışda 19 ölkədən 22 komanda iştirak etməli idi. Təəssüflər ki, Küveytin komandası maliyyə problemlərinə görə yarışa gəlməkdən imtina etdi. Bu, təbii qarşılaşnmalıdı. Buna görə də 18 ölkənin komandaları yarışda iştirak edəcək. Burada Amerikadan, Yaponiyadan, Ərəb ölkələrindən və Avropadan komandalar iştirak edəcək. Bu da yarışa olan marağı göstərir. Ölkəmizi "Synergy Baku" təmsil edir. Heyətimizdə müəyyən dəyişikliklər edilib. Komandamız gəncləşdirilib. Yarışda idmançılarımızın uğur qazanacağına inanıram.

-Qeyd etdiz ki, komandamız gəncləşdirilib. Buna görə komandadan nəticə tələb edəcəksiz, yoxsa bu gələcəyə hesablanmış addımdı?

- Nəticə bizim üçün həmişə vacibdi. Amma nəzərə alın ki, 22 komandadan 6-sı peşəkar komandadı. Onlarla yarışda nəticə əldə etmək çətindi. Belə səviyyəli yarışlarda iştirak etmək üçün velosipedçi il ərzində ən azı 15 000 km velosiped sürməlidi. İdmançının bu səviyyəyə çatması üçün illər lazımdı. Buna baxmayaraq həm nəticə istəyirik, həm də gələcəyə hesablanmış addımdı.

- Maksim Averinin durumu nə yerdədi? Onun yoxluğu çıxışımıza necə təsir edəcək?

- Bunun bizə heç bir mənfi təsiri olmayacaq. Onu əvəz edən idmançılarımız var. Averinin körpücük sümüyü, qabırğaları ötən il sınıb. Ona görə əməliyyat olunub. Bu müddət ərzində heç bir yarışda iştirak etməyib. Reabilitasiya prosesi keçib. Həmin zaman dərmanlardan istifadə edib. Özü də etiraf edir ki, bəli, bu dərmandan istifadə etmişəm. Amma o bunun dopinq olduğunu bilməyib. Sırf həkimin dediyini edib. Bilərəkdən atılmış addım deyil. Bizim federasiya olaraq belə hallara münasibətimiz pisdi. Belə hadisə olmamalı idi, təəssüf ki, oldu.

Elsevər