"Qafqazinfo"nun iclasda iştirak edən əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan himni ilə qurultay öz işinə başlayıb. Bundan sonra vəfat edən istiqlalçılar və KXCP-çilərin ruhuna fatihə oxunub. KXCP sədri Mirmahmud Mirəloğlu çıxış edərək qurultayın planlaşdırılan gedişatı barədə məlumat verib.
M.Mirəlioğlu deyib ki, qurultayın keçirildiyi məkan uzaq olduğu üçün Elçibəyin məzarını ziyarət etməyə bir neçə nəfərdən ibarət nümayəndı heyəti göndərilib.
Qurultayda BAXCP sədri Qüdrət Həsənquliyev, Aydınlar Partiyasının sədri Qulamhüseyin Əlibəyli, Ədalət Partiyasının sədri Ilyas Ismayılov, AMIP sədri Yusif Bağırzadə, AXP sədri Pənah Hüseyin iştirak edir.
***
Müsavatın eks-başqanı İsa Qəmbər də qurultaya qatılıb.
Son xəbərlər
Son Xəbərlər