Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Mustafa bəylə Ukraynada baş verən hadisələri müzakirə edən M.Mirəlioğlu ukraynalıların, o cümlədən Krım Tatarlarının demokratiya uğrunda, Avropaya inteqrasiya istiqamətindəki mübarizələrini dəstəklədiyini və bu mübarizədə Ukrayna xalqının mütləq qalib gələcəklərinə inandığını deyib. Bununla bərabər, Krımda baş verən hadisələrdən narahatlığını bildirərək Ukraynanın ərazi bütövlüyünün təhlükə altında olduğunu qeyd edən M.Mirəlioğlu, 20-ci əsrdə onlara qarşı aparılan soyqırım siyasətinə qarşı mücadilə ilə mövcudluqların isbatlamağı bacaran Krım Tatarlarının bu gündə Ukrayna xalqı ilə birlikdə bu təhlükəni aşacaqlarını, Ukraynanın ərazi bütövlüyünü qoruyacaqlarını, demokratik dünyanın tərkib hissəsinə çevriləcəklərinin qarşısını heç bir qüvvənin ala bilməyəcəyini söyləyib. M.Mirəloğlu bu şərəfli mübarizədə demokratik dünyanın və türk dünyasının Ukrayna xalqı, o cümlədən Krım Tatarları ilə bir yerdə olacağına inamını bir daha vurğulayaraq, bu şərəfli işdə onlara uğurlar arzulayıb.
Son xəbərlər
Son Xəbərlər