KXCP xalqa müraciət etdi

kxcp-xalqa-muraciet-etdi
Oxunma sayı: 878


“Qafqazinfo”ya daxil olan müraciətdə bildirilir ki, 1990-cı ildə Sovet imperiyası Azərbaycan bəşər tarixinin növbəti qanlı səhifəsini yazıb. Ən yüksək komandanlıq altında müasir silahlarla silahlanmış çoxminli imperiya ordusunun müxtəlif qoşun növləri xəbərdarlıq etmədən Bakı şəhərinə hücum edərək yaşına, cinsinə fərq qoymadan mülki vətəndaşları kütləvi surətdə qətlə yetirməklə Azərbaycan Xalqını terrora məruz qoydu: 

“İnsanları qorxuzmaq, demokratik dünyaya gözdağı verməklə dağılmaqda olan sovetlər birliyinin- sosialist düşərgəsinin ömrünü uzatmaq məqsədini güdən bu qəddarlıq Azərbaycan Xalqının iradəsini qıra bilmədi. Bəşəriyyətin demokratik dəyərləri qarşısında məğlubiyyətə uğrayaraq gağılmaq ərəfəsində olan rus imperiyası bu gündə təcavüzkar niyətindən əl çəkmir, oyuncaq Ermənistan adı ilə Qarabağımızı işğal altında saxlamaqla və qardaş Ukrayna torpaqlarını işğal etməklə bərabər hansısa “Avrasiya Birliyi ” adı altında dünyaya yeni “kommunizm” vəd edir”.