“La Casa De Papel” finala gedir

la-casa-de-papel-finala-gedir
Oxunma sayı: 4255

“Netflix”in məşhur ispan serialı olan “La Casa De Papel”in maraqla gözlənilən dördüncü mövsümü bir neçə gün sonra tamaşaçı qarşısına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, reytinqli layihə 3 aprel tarixində platformaya yerləşdiriləcək.

“Əsl xaos indi başlayacaq” sloqanlı final sezonu 9 bölümdən ibarət olacaq.

Xatırladaq ki, “La Casa De Papel”də Raquel Murillo obrazını canlandıran aktrisa Itziar Ituno koronavirusa yoluxub.