“Barselona”dan ayrılıb Fransanın PSJ klubuna 222 milyon avro qarşılığında keçmək istəyən Neymar problemlə üzləşib.
“Qafqazinfo” xəbər verir ki, futbolçunun atası və meneceri transfer sənədlərini izləmək üçün La Liqanın ofisinə gəlib.
Lakin La Liqa buna icazə verməyib. Səbəb kimi transfer məbləğinin yüksək olması və bunun FİFA-nın maliyyə fair-pley qaydalarına zidd olması göstərilib.
İspanlar həmçinin futbolçuya verilən pulun mənşəyinin bəlli olmadığını da əsas gətirərək belə addım atdıqlarını bildiriblər.
Son xəbərlər
Son Xəbərlər