La Liqanı tərk etdilər

la-liqani-terk-etdiler
Oxunma sayı: 3669

İspaniya La Liqasında 35-ci turun oyunları keçirilir.

"Qafqazinfo" xəbər verir ki, hesabat turunda "Barselona" doğma meydanda "Espanyol"u qəbul edib.

Luis Suaresin 53-cü dəqiqədə vurduğu qol matçda yeganə olub. 

Bu qələbə sayəsində xalını 76-ya çatdıran "Barselona" lider "Real"la xal fərqini minimuma endirib.

"Espanyol" isə 24 xalla sonuncu pillədə qalıb və La Liqanı tərk edib.