La Liqaya yüksələn ikinci klub

la-liqaya-yukselen-ikinci-klub
Oxunma sayı: 2135

"Malyorka" bir illik fasilədən sonra yenidən La Liqada oynamaq hüququ qazanıb.

"Qafqazinfo" xəbər verir ki, komanda Sequndanın 40-cı turunda "Almeriya"nın "Kartagena"ya 2:3 hesablı məğlubiyyətindən sonra yüksək liqaya vəsiqəni təmin edib. 75 xalı olan "Malyorka" turniri ikinci pillədən aşağı sırada tamamlamayacaq.

Beləliklə, Palma-de-Malyorka təmsilçisi "Espanyol"dan sonra növbəti mövsüm üçün La Liqaya yüksələn ikinci komanda olub.