“La Skala” solistləri Bakıya gəlir

la-skala-solistleri-bakiya-gelir
Oxunma sayı: 653

Noyabrın 23-də Heydər Əliyev Mərkəzində İtaliyanın məşhur “La Skala” teatrının ulduzları çıxış edəcək.

“Qafqazinfo” xəbər verir ki, tanınmış ifaçılar Covanni Qualyardo, Massimiliano Pizapia və Marina Naçkebiyanı Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Heydər Əliyev Mərkəzindəki konsertə biletlərin qiyməti 40, 60, 80, 100, 120, 140, 180, 200 və 220 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.