“La Skala”nın solistləri Bakıda - Fotolar + Video

la-skalanin-solistleri-bakida
Oxunma sayı: 1430

İtaliyanın məşhur “La Skala” teatrının solistləri Heydər Əliyev Mərkəzində çıxış ediblər.

“Qafqazinfo” xəbər verir ki, tanınmış ifaçılar Covanni Qualyardo, Massimiliano Pizapia və Marina Naçkebiyanı Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Konsert proqramında dünya klassikasının qızıl fondu sayılan əsərlər - C.Verdinin “Traviata”, “Riqoletto”, J.Bizenin “Karmen”, C.Puççininin “Toska”, V.A.Motsartın “Don Juan”, P.Çaykovskinin “Yevgeni Onegin” və digər operalardan solo partiya və duetlər, romanslar, populyar italyan mahnıları ifa olunub.