“Laçın dəhlizi ilə bağlı məsələ üçtərəfli bəyanat əsasında həll olunmalıdır” - Rusiya XİN

lacin-dehlizi-ile-bagli-mesele-ucterefli-beyanat-esasinda-hell-olunmalidir
Oxunma sayı: 1917

“Laçın dəhlizi ətrafında vəziyyət Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 6-cı bəndi əsasında həll olunmalıdır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN İnformasiya və mətbuat departamentinin direktor müavini İvan Neçayev deyib.

“Üçtərəfli bəyanatın 6-cı bəndində tərəflərin razılığı ilə yaxın 3 il ərzində Laçın dəhlizindən Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və sonradan rusiyalı sülhməramlı kontingentin yolun mühafizəsi üçün yenidən dislokasiya ediləcəyi yeni marşrut xəttinin çəkilməsi nəzərdə tutulub”, - Neçayev xatırladıb.

Onun sözlərinə görə, regiondakı vəziyyət Rusiyanın diqqət mərkəzində qalmaqdadır.