Laçın rayon sakinlərinin koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilib, hər gün Qərargah üzvləri Rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə sakinlərlə maarifləndirmə və izahat işləri aparmaqla yanaşı, mobil qruplar tərəfindən də yerlərdə əhalinin maksimum evdə qalması haqqında onlara çağırışlar edilib.
“Qafqazinfo” xəbər verir ki, infeksion xəstəliklərin yayılma təhlükəsini nəzərə alaraq Laçın Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları müəyyən olunmuş tədbirlərə uyğun olaraq ərazidəki ümumi istifadə yerlərində, həmçinin rayonun məktəbəqədər və orta təhsil müəssisələri, kitabxana və klublarında, inzibati binalarda, ərzaq mağazalarında, ərazidəki bankomatlarda, park və meydanlarda, insanların kompakt toplaşdığı bütün yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə kütləvi dezinfeksiya işləri aparıblar.
Aparılan işlərin yüksək səviyyədə təşkili üçün Laçın Rayon İcra Hakimiyyəti tərəfindən rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dasirəsi üzrə nümayəndələrinə aidiyyəti göstərişlər verilmiş, görülən işlər barədə mütəmadi olaraq məlumatlar alınaraq ümumi vəziyyət nəzarətə götürülmüşdür.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri 2020-ci il 11 aprel tarixdə Bərdə rayonunda müvəqqəti məskunlaşmış Prezident təqaüdçüsü, Sosialist Əməyi Qəhrəmanı, “Qəhrəman Ana” Şərqiyyə Vəliyevanı və Rayon Ağsaqqallar Şurasının sədri, “Əməkdar müəllim” Ağayar İsmayılovu ziyarət edib, onlar ərzaq bağlanmaları və tibbi vasitələr çatdırıblar.



Son xəbərlər
Son Xəbərlər