Laçın sərhəd-buraxılış məntəqəsi içməli su ilə də təmin edildi

lacin-serhed-buraxilis-menteqesi-icmeli-su-ile-de-temin-edildi
Oxunma sayı: 2042

Bu gün Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi içməli su ilə təmin edilib. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları tərəfindən Həkəri çayının yatağında kaptaj qurğusu yaradılıb, buradan sərhəd-buraxılış məntəqəsinə qədər 200 metr uzunluğunda polietilen borularla daşıyıcı su xətti çəkilib və hidrofor nasosu quraşıdırılıb.

Hazırda sərhəd buraxılış məntəqəsi fasiləsiz içməli su ilə təmin edilir.