Laçın rayonu ərazisində ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, dünən saat 09 radələrində Laçın-Zabux yolunda Fərman Hüseynovun idarə etdiyi “MAN” markalı yük maşını enişli yoldakı döngədə idarəetmədən çıxıb.
Yoldan çıxan ağırtonnajlı yük maşını daha sonra qarşıdan gedən və Elman Qarayevin sürdüyü digər yük avtomobilinə çırpılıb. Nəticədə hər iki sürücü ağır xəsarətlər alıb. F.Hüseynov xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Nizam Rza
Həmçinin oxuyun: Човдарова разжаловали до солдатского звания - Не смог получить генеральскую пенсию
Son xəbərlər
Son Xəbərlər