Laçında həlak olan dörd hərbçidən biri, çavuş Tural Maşallah oğlu Səmədov Göygöl rayonunda dəfn edilib.
“Qafqazinfo” xəbər verir ki, onun cənazəsi əvvəlcə Gəncə şəhərində yaşadığı evə gətirilib, vida mərasimi keçirilib.
T. Səmədov Göygölün Çaylı kənd qəbiristanlığında dəfn edilib.
Hərbçi ailəli olub, 2 övladı yadigar qalıb.
Xatırladaq ki, iyulun 31-də Laçın rayonu ərazisində, ilkin ehtimala görə, kükürd qazlı termal sularda çimərkən zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları - kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar edilib.