Laçında şəhid olan Samirin nəşi ailəsinə təhvil verildi - Fotolar+Video

lacinda-sehid-olan-samirin-nesi-ailesine-tehvil-verildi
Oxunma sayı: 6242

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Xudiyev Samir Səməd oğlunun nəşi ailəsinə təhvil verilib. 

Şəhidin qardaşı Rəsul Xudiyevin “Qafqazinfo”ya verdiyi məlumata görə, Samir səhər saatlarında Bakının Sabunçu rayonu, Qala Ramana qəbiristanlığında dəfn olunacaq.

Emin Səfərov