“Lada” “Kamaz”la toqquşdu - 3 yaralı+Fotolar

lada-kamazla-toqqusdu-
Oxunma sayı: 1344

Gəncə-Şəmkir avtomobil yolunda xəsarətlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, “Lada Priora” markalı avtomobil eyni istiqamətdə hərəkət edən “Kamaz” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində ağır xəsarət alan 3 nəfər, 1 qadın və 2 kişi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.