“Lada Priora” 31 yaşlı piyadanı vurdu

lada-priora-31-yasli-piyadani-vurdu
Oxunma sayı: 1932

Gəncə şəhərində qəza hadisəsi baş verib.

“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, yaralı şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Müayinə zamanı məlum olub ki, 39 yaşlı Bərdə rayonu, Gəyirli kənd sakini Elnur İbişov sol baldır sümüyünün açıq sınığı yaraları və kəllə-beyin travması alıb. Yaralı tibbi müdaxilədən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, yol qəzası Elnur ibişovun şəhərin Nəriman Nərimanov prospektində yolu keçmək istədiyi zaman baş verib.

O, “Lada Priora” markalı avtomobil tərəfindən vurulub.