“Lada Priyora” aşdı, xəsarət alanlar var

lada-priyora-asdi-xesaret-alanlar-var
Oxunma sayı: 844

İsmayıllıda baş verən qəzada sürücü və sərnişin xəsarət alıb.

"Qafqazinfo"nun məlumatına görə, rayonun Kürdamaşı kənd sakini 25 yaşlı Məcidov Tərlan Müqabil oğlu idarə etdiyi "Lada Priyora"markalı minik avtomobilini aşırıb.

Nəticədə, sürücü Məcidov Tərlan Müqabil oğlu və sərnişin 26 yaşlı Ağayev Əhməd Mübariz oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralananlar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. T.Məcidovun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun komada olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli