“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın tanınmış gül dizayneri Dmitri Türkan Rusiyanın TACC agentliyinə bildirib.
“Pianonun xalça üzərində güllə bəzədilməsi ideyası açılışın rejissoru Dimitris Papaioanna aiddir. Məni açılışa 36 saat qalmış çağırdılar və dedilər ki, Qaqanın ifasında həyat, gül-çiçək olmalıdır. Şərtlər çox çətin idi.
Birincisi güllər açıq günəş altında qurumamalı idi. İkincisi isə sudan da istifadə edilməli deyildi. Bütün komanda ilə hərəkətə keçdik. Çox fikirləşəndən sonra belə nəticəyə gəldik ki, hər gülü boruya yerləşdirək. Və 2 mindən çox güldən istifadə edildi”, - deyə Türkan bildirib.
Son xəbərlər
Son Xəbərlər