İsmayıllı rayonu, Lahıc qəsəbə sakinləri "Bədöyün" məscidinin təmiri ilə əlaqədar ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
"Qafqazinfo" xəbər verir ki, qəsəbə sakini video çıxışında çox sevincli olduğunu bildirib:
"Sevincimdən ağlamaq istəyirəm. Bilirdim ki, sizə deyilən iş mütləq alınacaq. Sevincimin həddi yoxdur. Allah hökumətimizi var eləsin".
Xatırladaq ki, məscidin təmirinə 2019-cu ildə Mehriban Əliyevanın göstərişi ilə başlanılıb.
Sərt karantin rejiminin yumşaldılması ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi ilə "Bədöyün" məscidində krantin qaydalarına əməl edilərək aparılan əsaslı təmir işləri qaldığı yerdən davam etdirilir.
Qeyd edək ki, "Bədöyün" məscidi 1791-ci ildə inşa edilib.



Son xəbərlər
Son Xəbərlər