“Lalə mənə şər atır” - Türkandan ittihamlara cavab

lale-mene-ser-atir
Oxunma sayı: 2443

Müğənni Türkan Vəlizadə onu “Maşın”dan uzaqlaşdıran aparıcı Lalə Mustafayevanın ittihamlarına cavab verib. “Qafqazinfo” xəbər verir ki, ifaçı “Show News”a açıqlamasında Laləyə şantaj xarakterli mesaj yazmadığını bildirib:

“Məni tanıyan insanlar bilir ki, heç kimlə işim yoxdur. Sadəcə olaraq qəfildən məni oyundan uzaqlaşdırdı, şoka düşdüm. Açıq oyun aparmadı. İnanın, mən onun instaqram səhifəsini, nömrəsini bilmirəm. Mesajlar da yazmamışam. Lalə mənə şər atır. Mən o səviyyədə insan deyiləm ki, özümü onunla müqayisə edim”.

Qeyd edək ki, Lalə “Türkan xanım hər yerdə videolar paylaşır. İnstaqram hesabımda hədə-qorxu dolu mesajlar yazır. İnanın mənə. Mənə deyir ki, sən orada qalmayacaqsan, buna imkan verməyəcəm. Lazımdırsa, həmin mesajı göstərərəm” deyə bildirmişdi.