Lalə Şövkətin səhhəti pisləşib

lale-sovketin-sehheti-pislesib
Oxunma sayı: 4419

Azərbaycan Liberal Partiyasının (ALP) lideri, professor Lalə Şövkətin səhhətində ciddi problemlər yaranıb.

“Qafqazinfo” bildirir ki, bu barədə ALP-nin sədri Əvəz Temirxan feysbuk hesabında yazıb.

Temirxanın sözlərinə görə, L.Şövkət ciddi cərrahiyyə əməliyyatı ərəfəsindədir.

“Biz hamımız bu günlərdə Allaha dua edirik ki, bu çətin sınaqdan uğurla keçsin”, - deyə ALP sədri əlavə edib.