Lalə Şövkətin vəziyyəti necədir?

lale-sovketin-veziyyeti-necedir
Oxunma sayı: 3365

Bir neçə gün  bundan əvvəl əməliyyat olunan Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkətin səhhəti yaxşılaşmağa doğru gedir.

Bu barədə “Qafqazinfo”ya onun oğlu Sidqi Şövkət məlumat verib. O bildirib ki, hazırda anası xəstəxana  şəraitində müalicəsinə davam edir: “ Xəstəxanadan evə nə zaman buraxılacağı hələ bilinmir. Vəziyyəti isə əməliyyatın ağırlığına görə adekvat şəkildə dəyişir”.

 Qeyd edək ki, L. Şövkət yoğun bağırsağında yaranmış şişə görə əməliyyat olunub. 

Günel Türksoy