Azərbaycan Güləş Federasiyasından “Qafqazinfo”ya daxil olan məlumata görə, Çempionatdan öncə Beynəlxaql Güləş Federasiyası - FİLA-nın növbəti Konqresiya da öz işinə başlayıb. Konqresin gündəliyində arxada qalan müddət ərzində görülən işlərin hesabatı, FİLA Prezidenti seçkiləri, İcraiyyə Komitəsinə yeni üzvlərin seçilməsi, FİLA-nın adının dəyişdirilməsi və digər məsələlər daxildir.
Azərbaycanı Konqresdə FİLA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev təmsil edir.
Tədbirdə quruma prezident seçkiləri keçirilib. Hazırda FİLA-ya başçılıq edən Nenad Laloviç yeganə namizəd kimi yekdilliklə yenidən quruma rəhbər seçilib. O, bu vəzifəni qarşıdakı 6 il ərzində icra edəcək.
Günün ikinci yarısında 2015-ci ildə keçiriləcək I Avropa Oyunları barədə Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərovun təqdimatı olacaq.
Son xəbərlər
Son Xəbərlər