“Barselona”nın 17 yaşlı gənc ulduzu Lamin Yamalın atası Munir Nasraui bıçaqlı hücuma məruz qalıb.
“Qafqazinfo” bu barədə “La Vanguardia”ya istinadən xəbər verir.
Məlumata görə, hadisə İspaniyanın Mataro şəhərində, avtomobil dayanacağında baş verib.
Bildirilib ki, naməlum şəxs 37 yaşlı Nasrauiyə bir neçə bıçaq zərbəsi endirib. İnsidentin mübahisə zəminində baş verdiyi bildirilir. O, təcili yardım maşını ilə Badalona yaxınlığındakı xəstəxanaya aparılıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Yarımmüdafiəçinin atasının xəstəxanada qaldığı, lakin həyati təhlükəsinin olmadığı deyilir.
Xatırladaq ki, Yamal İspaniya millisi ilə Almaniyada təşkil olunan AVRO-2024-də çempion olub. Həmçinin o, turnirin ən yaxşı gənc oyunçusu seçilib.


Son xəbərlər
Son Xəbərlər