“Lamiyə də, həmin məhkum da analiz verib”- - Vəkildən açıqlama

lamiye-de-hemin-mehkum-da-analiz-verib-
Oxunma sayı: 3833


O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin məhkumun dedikləri hələ həqiqət demək deyil: “Lamiyə yalan danışmır, DNT-lər var. Analizlər hər şeyi müəyyən edəcək. Kimin nə deyib-deməməsini hallandırmağın mənası yoxdur. Lamiyə də, həmin məhkum da analiz verib, yoxlayacaqlar. İndidən demək olmaz ki, kimsə yalan deyir. Araşdırmalar davam edir”. 

F.Mehdiyev Lamiyə Quliyeva ilə görüşə bilmədiyini də qeyd edib: “Görüş üçün Penitensiar Xidmətə məktub göndərmişəm, hələ cavab verilməyib”.

Qeyd edək ki, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Lamiyənin uşağının atası kimi təqdim etdiyi məhkumla görüşüb. Həmin şəxs məhkum L.Quliyeva ilə bir müddət eyni Penitensiar müəssisədə saxlanıldığını, onunla qiyabi tanışlıq münasibətinin olduğunu, canlı təmasının olmadığını bildirib.

Murad Əhməd