“Lamiyə olayı” yenidən araşdırılacaq- - Yenilik+Video

lamiye-olayi-yeniden-arasdirilacaq-
Oxunma sayı: 8112


“Qafqazinfo” modern.az-a istinadən xəbər verir ki, son günlər mətbuatın əsas müzakirə mövzusu olan bu olay yenidən araşdıralacaq. Belə ki, qətldə təqsirləndirlən Vüqar İbrahim oğlu Əliyevin qohumları məsələnin ölkə mediasının diqqətini çəkdiyini nəzərə alaraq, yeni vəkil tutublar. Tanınmış vəkil Adəm Məmmədov Vüqar Əliyevin hüquqlarının qorunmasına cəlb edilib.

Bu barədə vəkil A.Məmmədov belə deyib:

"Əliyev Vüqar İbrahim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1, 228.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Qeyd olunan cinayət işi üzrə Əliyev Vüqar İbrahim oğlunun yaxın qohumları mənimlə müqavilə bağladılar. Hazırkı iş üzrə digər məhkum Quliyeva Lamiyə Sahib qızıdır. Hökmlə tanış olduqdan sonra belə qənaətə gəlirəm ki, ədalət bərpa olunacaq”.

Qeyd edək ki, Şəmkirin eks-icra başıçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlunun qətlində iki nəfər təqsirləndirilərək həbs olunub. Bunlar yuxarıda adları qeyd olunan Vüqar Əliyev və son günlər mətbuatın gündəmindən düşməyən Lamiyə Quliyevadır.

Hazırda media Lamiyə Quliyevanın həbsxanada atasız uşaq dünyaya gətirməsinin necə baş verdiyini araşdırmağa çalışır. Ölkəyə səs-küy salmış bu olaya Ədliyyə Nazirliyi Pentensiar Xidmətin rəisi, general-leytenant Mədət Quliyev və Ombudman Elmira Süleymanova münasibət bildirsələr də, Lamiyə Quliyevanın evli olmaya-olmaya qadınlar üçün cəzaçəkmə müəssisənində kimdən hamilə qaldığına və doğulan uşağın atasının kim olduğuna aydınlıq gətirə bilməyiblər.

Xatırladaq ki, Lamiyə Quliyeva və Vüqar Əliyev nişanlı olublar. Onlar 2003-cü ildə Şəmkirin o vaxtkı icra başıçısı Aslan Aslanovun oğlu Ruslanın qətlində təqsirləndirilərək həbs olunublar. Məlumatlara görə, Ruslan Lamiyəni zorladığına görə, qətlə yetirilib.

Lamiyənin qətllə bağlı həbs müddəti 2013-cü ildə başa çatsa da, 2 il əvvəl CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay müddətinə artırılıb. 

Lamiyə Quliyeva rəsmi nikahı olmadığı halda cəzaçəkmə müəsisəsində 2014-cü il oktyabrın 16-da uşaq dünyaya gətirib.

Lamiyənin eks-nişanlısı Vüqar isə həbsxanada başqa qadınla ailə qurub. O, Qobustandakı cəzaçəkmə müəssisəsində ömürlük cəza çəkir.

Təqsirlənridirlən şəxslərin işi ilə bağlı 2003-cü ildə keçirilmiş məhkəmənin sonuncu - Lamiyə Quliyeva və Vüqar Əliyevə hökm oxunan prosesin videoyazısını təqdim edir.