“Land Cruiser” “07”ni vurub - 1 ölü, 2 yaralı+ Fotolar

land-cruiser-07ni-vurub
Oxunma sayı: 7480

Ötən həftənin cümə günü Xocahəsən yolunda  H 021 705 dövlət nömrə nişanlı “Land Cruiser” markalı avtomobil, 90 HN 079 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobillə toqquşub. 

“Qafqazinfo” xəbər verir ki, nəticədə “07”də olan 3 nəfərdən 1-i yerindəcə keçinib, 2-si ağır yaralanıb. Bu barədə “Avtosfer.az”a hadisə şahidləri məlumat verib. 

Qeyd edək ki, sürücü heç bir xəsarət almayıb.