“Land of fire Azerbaijan”ın birincilik mübarizəsi

land-of-fire-azerbaijanin-birincilik-mubarizesi-
Oxunma sayı: 1364


 “Qafqazinfo” xəbər verir ki, Çempionlar Liqasının final mərhələsində “Real”Madrid Atletiko Madrid qarşılaşacaq. Bu komandalar yenicə yekunlaşmış mövsüm ərzində 4 dəfə üz-üzə gəliblər. Mövsümün açılış matçında, kral kuboku final mərhələsində keçirilən oyunda “Atletiko”Madrid “Real”ı 2-1 hesabı ilə məğlub edə bilmişdi. Bu qələbə ilə “Atletiko” “Real” qarşısında 14 illik və 25 oyunluq qələbəsizlik sindromuna son qoyub.

 Daha sonra “La Liqa”nın 7-ci həftəsində “Santiyaqo Bernabeo”da üz-üzə gələn tərəflərdən ən güclüsü yenə “Atletiko”Madird olub. Diyeqo Kostanın vurduğu qol komandasına qələbə qazandırıb. Kral kubokunun yarımfinal mərhələsi bu cütlüyün növbəti mübarizəsinə səbəb olub. Bu dəfə “Real” hər iki matçın nəticəsinə görə 5-0 hesablı qələbə əldə edib. “Visente Kalderon”da keçirilən  matç isə “La Liqa” çərçivəsində idi. Bol qollu keçən görüşdə qalib gələn tərəf olmayıb və 2-2 hesablı bərabərlik qeydə alınıb.

Bu gecə isə “Real”Madrid Çempionlar Liqasını 10-cu dəfə muzeyinə aparmaq istəyir. Cari mövsümdə La Liqanın qalibi olan “Atletiko”Madrid isə ölkə çempionluğundan sonra qızıl dubla imza atmaq,  Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırmağı hədəfləyir. 

“Real”Madriddə Pepe və Kərim Benzemanın zədəli olması kral klubunun işinə əngəl törədə bilər. Lakin Benzema son məşqdə daha inamlı təsir bağışladığından onun finalda oynaması inandırıcı görəsnir. Ancaq eyni sözləri Pepe haqqında demək olmur. “Atletiko”da vəziyyət ürəkaçan deyil. “Barsa”ilə La Liqanın son matçında zədələnərək oyunun əvvəllərində meydanı tərk edən Diyeqo Kosta və Arda Turanın oynamaq şansları azdır. Lakin Diyeqo Kosta ilə müqayisədə Arda Turan final üçün həkimlərin razılığını əldə edib. Buna görə də türkiyəli ulduz bu gecə karyerasnın ilk Çempionlar Liqası final həyəcanını yaşamağa yaxındır. Kostanın oynayıb, oynamayacağı sual altında olsa da, o, komanda ilə birlikdə Lissabona  yola düşüb. 

24 May 

Saat 23:45

“Real” Madrid – “Atletiko”Madrid   Lissabon “Estadio de Luj” stadionu

İqbal