Bu gün 3 il müddətinə azadlıqdan məhrum edilən blogger Aleksandr Lapşin ekstradisiya edilə bilər.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyanın ombudsmanı Tatyana Moskalkova danışıb.
Onun sözlərinə görə, Rusiya XİN-i və Baş Prokurorluq bloggerin ekstradisiyasını tələb edə bilər.
Moskolkovanın sözlərinə görə, artıq bununla bağlı danışıqlar gedir. Jurnalistlərə açıqlama verən ombudsman ““1993 və 2007-ci il cinayət işləri üzrə hüquqi kömək haqqında beynəlxalq konvensiyalar”a əsasən Rusiya Xarici İşlər Nazirliyi və Baş Prokurorluq Aleksandr Lapşinin ekstradisiyasını tələb edə bilər. Bildiyimə görə, artıq bu istiqamətdə iş, danışıqlar aparılır”,-deyib.
***
Rusiya XİN-in informasiya və mətbuat departamenti də Aleksandr Lapşinin azadlıqdan məhrum edilməsinə münasibət bildirib. Açıqlamada qeyd edilib ki, Rusiya vətəndaşı olan bloggerin hüquqları və mənafeyinin müdafiəsi üzrə işlər davam etdiriləcək : “Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri Aleksandr Lapşinlə və onun vəkili ilə əlaqə saxlayırlar”.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər