Azərbaycanda həbsdə olan bloqqer Alexander Lapşinə yeni vəkil tutulub.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, A.Lapşinin müdafiəsi ilə bundan sonra onun ailəsinin tutduğu vəkil məşğul olacaq. Səfirlikdən deyiblər ki, bloqqerlə yenidən görüşmək niyyətindədirlər. Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları bundan əvvəl də bloqqerlə görüşüblər.
A.Lapşin ötən il dekabrın 15-də Minskdə Azərbaycanın tələbi ilə, hökumət əleyhinə çağırışlar və dövlət sərhədinin qanunsuz keçmək ittihamı ilə saxlanıb. Belarus məhkəməsi onun Azərbaycana verilməsi ilə bağlı qərar çıxarıb.
Həmin qərar fevralın 7-si gecə icra edilib.
A.Lapşin hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır. O, Ukrayna, Rusiya və İsrail vətəndaşıdır.
Son xəbərlər
Son Xəbərlər