“Lapşini Azərbaycana verməklə...” - Belarus XİN-i

lapsini-azerbaycana-vermekle
Oxunma sayı: 1632

Belarus rus-israilli blogger Aleksandr Lapşini Azərbaycana verməklə özünün beynəlxalq öhdəliklərini yerinə yetirdi. Məsələyə yalnız hüquqi müstəvidə baxılıb.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Minskdə jurnalistlərin suallarını cavablandıran Belarus XİN-in mətbuat katibi Dmitri Mironçik deyib:

“Ekstradisiya tamamilə hüquqi müstəviyə yatırılmış məsələ idi”.

Xatırladaq ki, iki gün əvvəl Belarus Ali məhkəməsi bloggerin Azərbaycana ekstradisiyası ilə bağlı Baş prokurorluğun qərarını qüvvədə saxlamışdı. Elə həmin gecə Lapşin xüsusi reyslə Bakıya gətirilmişdi.