Belarusdan Azərbaycana ekstradisiya edilən blogger Aleksandr Lapşinin vəkili onun xanımı ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Səfər Hüseynov “RİA Novosti”yə açıqlama verib. O, bildirib ki, Lapşinin həyat yoldaşı ilə onun sağlamlıq durumu və saxlanma şəraiti barədə danışıblar.
Xatırladaq ki, Belarusdan ölkəmizə ekstradisiya edilən, Rusiya-İsrail vətəndaşı olan blogger Aleksandr Lapşin Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına çağırışlar etməkdə, sərhədi pozmaqda ittiham olunur.
Son xəbərlər
Son Xəbərlər