“Lapşinlə bağlı şikayət daxil olmayıb” - Rusiya XİN-i

lapsinle-bagli-sikayet-daxil-olmayib
Oxunma sayı: 938

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanda saxlanılan blogger Aleksandr Lapşinin işini daim nəzarətdə saxlayır.

Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın XİN nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bəyan edib:

“Rusiya öz vətəndaşlarının üçüncü ölkəyə təhvil verilməsinin yolverilməzliyi ilə bağlı mövqeyini dəfələrlə Minskə çatdırıb. Fevralın 7-də Belarusda saxlanılan Lapşin Azərbaycana ekstradisiya olunub. Artıq fevralın 9-da Bakıdakı istintaq təcridxanasında ona səfirliyimizin əməkdaşları baş çəkiblər. Rusiya diplomatları ilə görüş zamanı saxlanılma ilə bağlı hər hansı şikayət daxil olmayıb. Səfirlik Azərbaycan hüquq-mühafizə orqanları, Baş Prokurorluğu, XİN-i, həmçinin İsrailin bu ölkədəki səfirliyi ilə müntəzəm əlaqə saxlayır. Rusiya bu məsələni nəzarətdə saxlayır”.

Xatırladaq ki, Aleksandr Lapşin qondarma Dağlıq Qarabağa səfər etdiyi üçün ötən ilin dekabrında rəsmi Bakının tələbi ilə Belarusda saxlanılıb və bu ilin fevralın 7-də Azərbaycana ekstradisiya olunub. Blogger Rusiya, İsrail və Ukrayna vətəndaşıdır.