Laqunda daşı sınıb boğazına batdı, öldü

laqunda-dasi-sinib-bogazina-batdi-oldu
Oxunma sayı: 3561

Abşeron rayonunda ev sahibi bədbəxt hadisə nəticəsində vəfat edib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə iyunun 5-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Nəriman Nəsirov həyətində təmir işləri apararkən laqunda daşının sınaraq boğaz nahiyəsinə dəyməsi nəticəsində hadisə yerində ölüb. Araşdırma aparılır.

Murad Əhməd