İran parlamentinin sədri Əli Laricani Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə danışan Laricani “İran və Rusiya hər iki tərəfi Dağlıq Qarabağ münaqişənin siyasi yolla həll ediləcəyinə inandırmaq üçün öz imkanlarından istifadə etməlidir ”, - deyə açıqlama verib.
O, “Diqqətimizi çəkən əsas məsələlərdən biri Azərbaycanla Ermənistan arasındakı münaqişədir. Bu bölgədə kifayət qədər müharibə var və biz yeni müharibənin yaranmasına yol verməməliyik”, - deyib.
Laricanı onu da qeyd edib ki, bu münaqişənin həllində İran və Rusiya həmfikirdir.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər