Xalq artisti Firəngiz Mütəllimova cəbhə bölgələrində konsert verən məşhurların sərt tənqid olunmasına münasibət bildirib.
Aktrisa “Qafqazinfo”ya açıqlamasında söyləyib ki, əsgərlərə bu cür dəstək olmaq lazımdır:
“Mən onları alqışlayıram, tənqid etmirəm. Bizim əsgərlərimizə dəstək lazımdır. Müğənnilər, aktyorlar ancaq bu cür dəstək olmalıdırlar. Nə biləsən ki, müğənnin konsertində rəqs edən əsgər 5 dəqiqə sonra ölməyəcək? Allah eləməsin... Tarix boyu belə olub. O vaxtlar müharibə dövründə müğənnilərimiz gedib cəbhə bölgələrində konsert verərdilər, onlara dayaq olardılar”.
Xalq artisti son zamanlar sosial şəbəkələrdə daha da aktiv olduğunu söyləyib:
“İnsanlarda qıcıq yaranmağının səbəbini bilmirəm. Mən cəbhə xəttində yaşanan gərginlik zamanı sosial şəbəkədə çox aktiv oldum. Larisa Dolinadan tutmuş, bütün “Qarabağ-Ermənistan” yazılarını yazan səhifələri şikayət etdim. Bir neçə səhifələr də silindi. Hamımız vətənin övladıyıq. Bu arada bir-birimizə qıcıqlanmamalıyıq. Necə ki, həmrəylimizi hər zaman göstəririk, belə də davam etməliyik”.

Son xəbərlər
Son Xəbərlər