Las-Veqasda kazinolar bağlanır

las-veqasda-kazinolar-baglanir
Oxunma sayı: 1065

ABŞ-ın Nevada ştatında koronavirusun yayılması səbəbindən Las-Veqas kazinoları daxil olmaqla, bütün əyləncə müəssisələri bağlanır. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bunu ştatın qubernatoru Stiv Sisolak açıqlayıb.

“Hər bir oyun aparatı söndürülməlidir”, - siyasətçi deyib.  

Bu addım ABŞ-da koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə atılıb.

Xatırladaq ki, daha əvvəl ABŞ-da koronavirusa yoluxanların sayının 5 mini ötdüyü, azı 100 nəfərin öldüyü barədə xəbər verilirdi.